Ölkə futbolu
Aqil Məmmədov yenidən “Neftçi”də
Aqil Məmmədov “Qəbələ”dən ayrılır. Qapıçı…
Aqil Məmmədov “Qəbələ”dən ayrılır. Qapıçı bundan sonra paytaxt klubunda oynamaq niyyətindədi.
Futbolinfo.az xəbər verir ki, “Neftçi”nin baş məşqçisi Roberto Bordin Səlahət Ağayevə layiqli rəqib axtarır. O, ikinci qapıçı Rəşad Əzizlinin bacarığından razı deyil, ona görə daha yaxşı yerli qolkiper istəyir. Klub rəhbərliyi də bu səbəbdən Aqillə danışıqlara başlayıb.
Məmmədov da “Qəbələ” rəhbərliyinə vidalaşmaq istədiyini bildirib. Dmitri Bezotosnıyla rəqabətdə uduzan qolkiper təsadüfi hallarda meydana çıxır. Bu səbəbdən o, eyni statusu daha rahat Bakıda və daha iddialı klubda daşımaq niyyətindədi.
“Bakı” və AZAL-dakı çıxışlarından tanıdığımız Aqil 2015-ci ilin yanvarında 2017-nin yayına kimi 41 matçda “Neftçi”nin şərəfini qoruyub. Həmin vaxt Qəbələyə yollanan qapıçı ötən qış yenidən Bakı klubuna dönmüşdü. Amma həmin vaxt Məmmədov bu komandada qalmadı. 1 il uzatmaq şərti ilə 6 aylıq müqavilə bağlansa da, bir ay sonra Aqil qəflətən “Qəbələ”yə qayıtdı. Ovaxtkı baş məşqçi Tərlan Əhmədovun ona əsas heyətdə oynamaq vədi verməməsi əlcək sahibinin seçiminə təsir etmişdi.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”