Dünya futbolu
Baş məşqçi sürücülük hüququndan məhrum edildi
Rusiyanın “Yenisey” klubunun baş məşqçisi Dmitr…
Rusiyanın “Yenisey” klubunun baş məşqçisi Dmitri Aleniçev sürücülük hüququndan məhrum edilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Krasnoyarsk məhkəməsi qərar çıxarıb.
46 yaşlı mütəxəssis spirtli içki qəbul etdikdən sonra sükan arxasına əyləşdiyinə görə, 1,5 il müddətinə sürücülük hüququndan məhrum olunub, həmçinin 300 min rubl məbləğində cərimələnib.
Hadisə noyabrın 19-da baş verib. O, klubun avtomobilini idarə etdiyi vaxt təqsirli olduğunu qəbul etməməklə yanaşı, tibbi müayinədən də imtina edib. Aleniçev polislər tərəfindən saxlanıldıqdan sonra sərxoşluq vəziyyəti barədə yoxlanışdan keçmək istəmədiyini bəyan edib. Bu üzdən yol polisi əməkdaşları avtomobili cərimə meydançasına aparıb.
Qeyd edək ki, Dmitri Aleniçev "Yenisey"ə 2017-ci ilin yayında baş məşqçi təyin olunub. Komanda onun rəhbərliyi altında Premyer Liqada 17 turdan sonra 10 xalla sonuncu – 16-cı pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”