Dünya futbolu
Kapitan 800-ə çatdı
“Real” İspaniya La Liqasının 17-ci turundan təxirə sa…
“Real” İspaniya La Liqasının 17-ci turundan təxirə salınmış oyunda səfərdə “Vilyarreal”la qollu bərabərə qalıb – 2:2.
Futbolinfo.az xəbər verir ki, sözügedən qarşılaşma “kral klubu”nun kapitanı Serxio Ramos üçün əlamətdar olub. Belə ki, ispan müdafiəçi karyerası ərzində 800-cü matçına çıxıb.
2004-cü ildə peşəkar karyerasına “Sevilya”da başlayan 32 yaşlı müdafiəçi, Əndəlüs təmsilçisiylə 50 oyunda iştirak edib. 2005-ci ildə “Real”a keçən Ramos, Madrid təmsilçisiylə 589 rəsmi qarşılaşmada forma geyinib.
2005-ci ildə İspaniya millisində debüt edən kapitan, yığmada 161 oyun keçirib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”