Bizi izləyin

Ölkə futbolu

Futbolumuzun qara bəxti, qalmaz belə, qalmaz, AFFA

Televizorun üzü təzəcə işıqlanmışdı.

 

Ka…

blank
Televizorun üzü təzəcə işıqlanmışdı.
 
Kanalın siması sayılan aparıcı Tolikin xətti xalına, gül camalına tamaşa edirdim.
 
Yolüstü efirə dəyən gənc bir oğlanın səsi studiyanı bürümüşdü:
 
Madam, madam, madam,
Qaşı-gözü badam.
Hər səni görəndə
Dəli olur adam…
 
Telefonun səsi əyləncənin dadını çıxarmağa qoymadı. Zəng vuran AFFA-nın Hidrometeoroloji Öncəgörmələr və sintetik meydançalara konseptual sevgi Departamentində çalışan uzaq qohumum idi. Dedim yəqin yenə 33 dəqiqə dayanmadan danışacaq. Yaxşı ki, bu dəfə bizim türklər demiş, qısa kəsdi. Səsindən bəxtəvərlik yağırdı, dedi ki, qohum, muştuluğum səndə, bəs AFFA milliyə axtardığı baş məşqçini tapdı. Məşqçi nə məşqçi, lap şokalad kimi!
Sonra da astadan pıçıldadı: "Sən Ramil Diniyevin canı, heç kim bilməsin. AFFA əcnəbi mütəxəssislə bu dəqiqə razılığa gəlib, ilk dəfə sənə deyirəm. Məsələ o qədər məxfidir ki, heç AFFA-nın gecə gözətçisinin də bu işdən xəbəri yoxdur".
Tolikin qonağı mikrofonu əlindən yerə qoyub efirdən çəkilən kimi qohumum votsap nömrəmə təzə baş məşqçinin adını, tərcümeyi-halını və 6X9 ölçülü 2 foto-şəkilini də göndərdi. Amma yazdı ki, çalış şəkil Aqil Abbasın əlinə düşməsin, ömründə Azərbaycanı görməmiş yazıq əcnəbi ilə qəzetdə məzələnəcək…
Əsas odur ki, AFFA çoxdan axtarışına çıxdığı xarici mütəxəssisi tapdı, əsas futbol yığmamız başsız qalmadı.
 
Belə bir şad xəbəri milli komandamızdan yeni zəfərlər uman xalqımızdan gizlətməyə haqqım varmı? AFFA-da çalışan bəxtəvər uzaq qohumumun göndərdiyi məlumatı yaymaq qərarına gəldim. Elə siz də yeni baş məşqçi ilə lap yaxından tanış olun:
Bojan Bojanoviç- 62 yaşı var. İndi Monteneqronun ərazisində qalan Topija rayonunun Kosalar kəndinin Güllübulaq məhəlləsində doğulub. Rabitə və Aqrotexnika texnikumunun İkinci əldən satılan geyimlərin dizaynı və təmiri fakültəsini bitirib.
 
Əvvəlcə eşitmə əngəlli uşaqlar üçün internat məktəbində musiqi müəllim kimi çalışıb. Sonra özəl sektora keçərək Düz xətt üzrə hərəkət edən sürünənlərin yemlənməsi və təşviqi üzrə məsləhətçi şirkət açıb. Həmin şirkət Tanzaniya və Macarıstandakı özəl zooparklara məsləhətlər verir. Yeni baş məşqçimizin sürücülük üzrə D kateqoriyası var.
Millimizi çalışdıracaq Bojan müəllim futbola yad isim deyil. 12 il öncə ömründə ilk dəfə futbola canlı tamaşa etmək üçün yaşadığı Topija rayonundakı mərkəzi arenaya getmək istəyib. Həmin gün taksi sürücülərinin komandası ilə yol təmirçiləri yoxlama görüşü keçirirmişlər. Lakin Bojan müəllimin xalası oğlu qəfil qonaq gəldiyindən yığmamızın gələcək baş məşqçisinin stadiona getmək arzusu reallaşmayıb. Yeri gəlmişkən, həmin mərdimazar xalaoğlunun nəvəsi AFFA-nın Almaniyada açdığı məktəbdə futbolun sirlərinə yiyələnərək ofislərin birində şüşəsilən kimi çalışmağa başlayıb. Bojan Bojanoviç ailəlidir, 3 arvadı, 2 övladı var. Ortancıl qayınanası idmana bir köynək yaxındır, gənclik illərində ağırlıqqaldırma ilə məşğul olub, indi isə ölkəsində usta dönərçi kimi tanınır.
Tərcümeyi-halından göründüyü kimi, AFFA axtardığını tapıb. Məncə ilin-günün bu vədəsində, "Sarı gödəkcəlilərin" Parisi zibilə saldığı bir zamanda milli komandamıza bundan yaxşı baş məşqçi gətirmək mümkün deyildi.
 
Futbol başbilənlərimiz həmişəki kimi doğru seçim ediblər. Göz dəyməsin. Bojan Bojanoviç kimi təcrübəli, illərini futbola həsr eləmiş bir mütəxəssislə fırtına qoparacağıq. Braziliya, Fransa, İspaniya, Xorvatiya yığmalarının qara günləri hələ bundan sonradır. Almaniya millisi də "kaput".
Dünyanın futbol xəritəsini dəyişəcəyik. Şair demişkən, futbolumuzun qara bəxti, qalmaz belə, qalmaz, AFFA!
Reklam

Reklam


blank
Milli komanda2024-04-27 23:18

Millinin heyətində dəyişikliklər edildi

blank
Ölkə futbolu2024-04-27 23:05

Samir Abasov Xavi ilə görüşdü

blank
Premyer-liqa2024-04-27 21:31

“Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdir” – Renduliç

blank
Premyer-liqa2024-04-27 21:25

“Oyunun qalibi Yusif İmanov idi” – Şahin Diniyev

blank
Premyer-liqa2024-04-27 21:00

“Sabah”dan “Səbail”ə 2 cavabsız qol – VİDEO

blank
Digər idman növləri2024-04-27 20:05

Azərbaycanın daha bir cüdoçusu AÇ-nin qalibi oldu

blank
Premyer-liqa2024-04-27 19:52

“Sabah” “Səbail”ə qalib gəldi

blank
Digər idman növləri2024-04-27 19:00

Azərbaycan cüdoçusu AÇ-nin finalında

blank
Digər idman növləri2024-04-27 18:12

Azərbaycan taekvandoçuları Tallində daha 1 medal qazandılar

blank
Digər idman növləri2024-04-27 17:31

Azərbaycanın 2 cüdoçusu AÇ-nin yarımfinalında

blank
Digər idman növləri2024-04-27 17:00

Azərbaycan gimnastlarından beynəlxalq turnirdə 5 medal

blank
Dünya futbolu2024-04-27 16:10

Krivotsyukun komandasından inamlı qələbə

blank
Dünya futbolu2024-04-27 15:36

Yenidən “Qalatasaray” prezidentliyinə namizəd oldu

blank
Digər2024-04-27 15:01

UEFA-nın antidopinq təhsili üzrə tədbir keçirilib

blank
Ölkə futbolu2024-04-27 14:39

Danışılmış oyunlarla bağlı növbəti seminar

blank
Digər idman növləri2024-04-27 13:55

Gənc taekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq

blank
Digər idman növləri2024-04-27 13:12

Azərbaycan taekvandoçuları Prezident kubokunda 6 medal qazanıb

blank
Digər idman növləri2024-04-27 12:53

Azərbaycan Boks Federasiyasının rəsmiləri Naxçıvanda məşqçilərlə görüşüb

blank
Digər idman növləri2024-04-27 12:36

Hakim “Duty Free”də oğurluq edən zaman yaxalandı

blank
Digər idman növləri2024-04-27 12:15

“Fənərbağça” üstünlüyünü qoruya bilmədi

blank
Digər idman növləri2024-04-27 11:53

Almaniya qran-prisi təqvimə qayıda bilər

blank
Premyer-liqa2024-04-27 11:35

“Sabah” – “Səbail” matçının hakimləri müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-27 11:18

İnfantino “Qarabağ”ı təbrik edib

blank
Digər idman növləri2024-04-27 11:01

Donçiç və İrvinqin komandası seriyada önə çıxdı

blank
Dünya futbolu2024-04-27 10:44

“Lester” Premyer Liqaya qayıtdı

blank
Dünya futbolu2024-04-27 10:25

Konte yenə baş məşqçi olacaq

blank
Dünya futbolu2024-04-27 10:04

Enzo Fernandes üçün mövsüm erkən bitdi

blank
Digər idman növləri2024-04-27 09:44

Daha 3 cüdoçumuz mübarizəyə başlayır

blank
Dünya futbolu2024-04-27 08:28

İsveç VAR-dan imtina etdi

blank
Premyer-liqa2024-04-27 08:00

Tura Masazırda start verilir

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm