Ölkə futbolu
Sulşer üçün çətin sınaq
“Mançester Yunayted”in baş məşqçisi Ole-Q…
“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer, Premyer Liqanın növbəti turunda keçirəcəkləri “Lester”lə oyundan əvvəl açıqlama verib. 45 yaşlı mütəxəssis, rəqibi dəyərləndirib:
“Lester”in “Liverpul”la oyununu izlədim. Komandanın xüsusi enerjisi və tempi var. Onlar yaxşı müdafiə olunur və bu müdafiəni keçmək çətindi. Rəqibin heyətində sürətli futbolçular var. Bu oyun bizim üçün çətin sınaq olacaq, amma bunu sevirəm”.
Norveçli mütəxəssis Antoni Marsial və Pol Poqbanın bu oyunda iştirak edib-etməyəcəyinə də aydınlıq gətirib: “Son oyundan sonra birlikdə tam məşq keçirməmişik. Hər iki futbolçunun formada olduğuna ümid edirəm. Poqbanın zədəsinin ciddi olduğunu düşünmürəm. Marsial da bu gün məşqə qoşulacaq. Onun “Lester”lə oyunda iştirak edə biləcəyini düşünürəm, dünən yaxşı görünürdü. Poqba da, Marsial da “Lester”lə oyunda meydanda ola bilər”.
“Lester” – “Mançester Yunayted” oyunu fevralın 3-də keçiriləcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub