Premyer-liqa
“Qarabağ” “Neftçi” ilə xal fərqini minimuma endirdi
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci tur…
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun qapanış matçında son çempion “Qarabağ” Bakıda “Qəbələ”ni qəbul edib.
Ağdam klubu bu oyunda qalib gəlməklə ötən gün xal itirən “Neftçi” ilə arasındakı xal fərqini minimuma endirməyi hədəfləmişdi. “Qəbələ” isə bu oyunda ən azı uduzmamağı düşünürdü. Üç qolun qeydə alındığı matçdan çətin qələbəylə ayrılan "Qarabağ" liderlə xal fərqini 1-ə endirib.
Xatırladaq ki, ötən gün baş tutan ilk iki oyunda “Keşlə” “Sumqayıt”a 2:1 hesabıyla qalib gəlib, “Zirə” isə “Neftçi” ilə heç-heçə edib – 0:0. Bu gün də “Səbail” “Sabah”la görüşdən 1:0 hesablı qələbə ilə ayrılıb.
Azərbayan Premyer Liqası
17-ci tur
17 fevral
“Qarabağ” – “Qəbələ” 2:1
Qol: R.Almeyda, 4-pen. F.Ozobiç, 30 – C.Hüseynov, 28-pen.
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Etibar Həsənov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu, 17:30.
Qarabağ: 13. Vaqner da Silva, 55. Bədavi Hüseynov 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 10. Dani Kintana, 7. İnnosent Emeqara, 21. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 1. Hannes Halldorsson, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 9. Araz Abdullayev, 2. Qara Qarayev, 52. Yakub Jezniçak, 77. Donald Gerye, 99. Reynaldo Silva, 11. Mahir Mədətov, 18. İsmayıl İbrahimli, 70. Nicat Süleymanov.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 22. Dmitri Bezotosnı, 34. Ürfan Abbasov, 14. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 10. Rauf Əliyev, 3. Voyislav Stankoviç, 17. Ceyms Adeniyi, 28. Stiven Monroz, 9. Davit Volkov, 27. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 18. İlqar Qurbanov, 11. Asif Məmmədov, 21. Atakora Lalavele, 88. Sabien Lilay, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov, 77. Samir Qurbanov.
Məşqçi: Sənan Qurbanov.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”