Dünya futbolu
“Real” autsayderə uduzdu, “Sevilya” darmadağın oldu
Futbol üzrə İspaniya La Liqasında 24-cü turun oyunları k…
Futbol üzrə İspaniya La Liqasında 24-cü turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bazar günü daha dörd görüş baş tutub.
Turun maraqla gözlənilən qarşılaşmasında “Vilyarreal” “Sevilya”yla münasibətlərinə aydınlıq gətirib. Qonaqlar bu görüşdə darmadağına üzülüblər.
“Real” isə “Jirona”yla üz-üzə gəlib. Madrid klubu da autsayderlər qrupunda qərarlaşan rəqibinə evdə uduzmaqla hər kəsi təəccübləndirib.
“Valensiya” – “Espanyol” və “Betis” – “Alaves” matçlarında isə qalib müəyyənləşməyib.
İspaniya La Liqası
24-cü tur
15 fevral
Eybar – Xetafe 2:2
Qol: Çarles, 67-pen; 80 – Mata, 37. Folkyer, 52.
16 fevral
Selta – Levante 1:4
Qol: Mendes, 88-pen – Morales, 20; 62. Koke, 40. Mayoral, 89.
Rayo Valyekano – Atletiko 0:1
Qol: Qrizman, 74.
Real Sosyedad – Leqanes 3:0
Qol: Oyarzabal, 50; 59. V.Xose, 75.
Barselona – Valyadolid 1:0
Qol: Messi, 43-pen.
17 fevral
Real – Jirona 1:2
Qol: Kazemiro, 25 – Stuani, 65-pen. Portu, 75.
Valensiya – Espanyol 0:0
Vilyarreal – Sevilya 3:0
Qol: A.Qonsales, 20. Ekambi, 45. Pedraza, 86.
Betis – Alaves 1:1
Qol: Lo Çelso, 15 – Maripan, 28.
18 fevral
00:00 Atletik – Hueska
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”