Dünya futbolu
“Akhisarspor” finala yaxınlaşdı
Futbol üzrə Türkiyə kubokunda yarımfinal mərhələsinə …
Futbol üzrə Türkiyə kubokunda yarımfinal mərhələsinə start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“Qalatasaray” doğma meydanda “Yeni Malatyaspor”la qarşılaşıb. Tərəflər ilk oyundan qolsuz ayrılıblar.
Digər yarımfinal görüşündə “Ümraniyəspor”la “Akhisarspor” üz-üzə gəlib. Bu oyunda qonaqlar minimal hesabla qələbə qazanıblar və finala vəsiqə şanslarını artırıblar.
Yarımfinalın cavab qarşılaşmaları aprelin 24-25-də keçiriləcək.
Türkiyə Kuboku
Yarımfinalın ilk oyunları
2 aprel
Qalatasaray – Yeni Malatyaspor 0:0
3 aprel
Ümraniyəspor – Akhisarspor 0:1