Dünya futbolu
PSJ darmadağınla finalda
Futbol üzrə Fransa Kubokunda yarımfinal mərhələsinə yekun v…
Futbol üzrə Fransa Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Lion “Olimpik”i doğma meydanda “Renn”lə üz-üzə gəlib. Beş qolun qeydə alındığı qarşılaşma “Renn”in qələbəsiylə başa çatıb. Nəticədə, bu komanda ilk finalçı olub.
Digər finalçının adına PSJ – “Nant” matçında aydınlıq gəlib. Paris təmsilçisi darmadağınla həlledici oyuna vəsiqəni təmin edib.
Fransa Kuboku
Yarımfinal
2 aprel
Olimpik (Lion) – Renn 2:3
3 aprel
PSJ – Nant 3:0