Ölkə futbolu
“Neftçi”də iki cəzalı
Azərbaycan Premyer Liqasının 25-ci turunda “Sabah”ın q…
Azərbaycan Premyer Liqasının 25-ci turunda “Sabah”ın qonağı olacaq "Neftçi" 2 futbolçunun xidmətindən istifadə edə bilməyəcək.
Futbolinfo.az xəbər verir ki, "ağ-qaralar"ın italiyalı hücumçusu Canluka Sansone və qapıçı Aqil Məmmədov qarşıdakı matçı buraxacaqlar. Hər iki futbolçu ötən turun "Səbail"lə görüşündə (2:2) sarı vərəqə alaraq, cəzalı duruma düşüblər.
Qeyd edək ki, aprelin 19-da keçiriləcək "Sabah" – "Neftçi" oyunu saat 18:30-da başlayacaq.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”