Ölkə futbolu
Qurban Qurbanov mövqeyini qorudu
Dünyanın ən güclü 1000 məşqçisinin növb…
Dünyanın ən güclü 1000 məşqçisinin növbəti reytinq siyahısı açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, siyahıda Azərbaycanın yeganə təmsilçisi kimi Qurban Qurbanov yer alıb.
“Qarabağ”ın baş məşqçisinin mövqeyində dəyişiklik olmayıb. O, ötən həftə olduğu kimi, yenə 537-ci pillədə qərarlaşıb. 47 yaşlı mütəxəssisin aktivində 1073 xal var.
İlk "üçlük"də isə dəyişiklik baş verib. "Barselona"nın baş məşqçisi Ernesto Valverde zirvəni ələ keçirib. O, 14464 xalla birinci yerə yüksəlib. Valverdenin postundan saldığı "River Pleyt"in baş məşqçisi Marselo Qalyardo ikinci pillədə yer alıb (14444 xal). "Atletiko"nun çalışdırıcısı Dieqo Simeone isə yenidən ilk "üçlüy"ə qayıdıb. Onun aktivində 11376 xal var.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”