Dünya futbolu
"Çelsi"də ciddi itki
"Çelsi" Avropa Liqasının final oyunu öncəsi c…
"Çelsi" Avropa Liqasının final oyunu öncəsi ciddi problemlə üzləşib. Futbolinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi Nqolo Kante Bakıdakı qarşılaşmanı buraxa bilər.
Komandanın aparıcı oyunçularından olan 28 yaşlı orta sahə oyunçusu məşq zamanı dizindən xəsarət alıb. Bir müddət əvvəl baldır nahiyəsindən zədələnən Fransa millisinin üzvünün budəfəki zədəsinin daha ciddi olmaq ehtimalı var. Doğrudu, "zadəganlar" onu Bakıya gətirəcək. Lakin Kantenin "Arsenal"la görüşdə iştirakı sual altındadı.
Fransalı dünya çempionundan əlavə, Antonio Rüdiger, Kallum Hadson-Odoi və Ruben Loftus-Çik də eyni səbəbdən həlledici qarşılaşmada "zadəganlar"a kömək edə bilməyəcək.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 23:00-da başlanacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub