Dünya futbolu
“Rəqib ilk dəqiqələrdən bizi təzyiq altında saxlamağa çalışdı”
Futbol üzrə Azərbaycan millisinin və Qazaxıstanın “Tob…
Futbol üzrə Azərbaycan millisinin və Qazaxıstanın “Tobol” klubunun qapıçısı Emil Balayev klubun saytına açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, Emil, Qazaxıstan Premyer Liqasının son turunda “Tobol”u məğlub etdikləri (1:0) oyunla bağlı danışıb:
“Bu oyuna ciddi hazırlaşmışdıq, çünki “Taraz” yaxşı komandadı. Oyun çox çətin keçdi. Rəqib ilk dəqiqələrdən bizi təzyiq altında saxlamağa çalışdı. Ancaq biz bu təzyiqdən çıxa bildik. Hər iki komandanın qol vurmaq üçün şansları oldu. Amma bunu bacaran biz olduq. Layiqli 3 xal münasibətiylə hamını təbrik edirəm”.
12 turdan sonra hesabında 26 xal olan “Tobol” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub