Ölkə futbolu
“Zirə”nin yay hazırlıq planı açıqlandı
“Zirə”nin yay təlim-məşq toplanışının planı bəll…
“Zirə”nin yay təlim-məşq toplanışının planı bəlli olub.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın hazırlığı 2 mərhələdən ibarət olacaq.
İlk mərhələ Bakıda, 21 iyun-19 iyul tairxləri aralığında olacaq. “Qartallar” bu müddətdə 4 yoxlama oyunu keçirəcək.
“Zirə” iyunun 29-da “Qəbələ”, iyulun 6-da “Sabah”, 13-də isə “Keşlə” ilə qarşılaşacaq. İyulun 19-daki rəqibin kimliyinə isə hələ aydınlıq gəlməyib.
Hazırlığın 2-ci hissəsi isə Türkiyənin Bolu şəhərində olacaq. “Zirə” 20 iyul-4 avqust aralığında qonşu ölkədə təlim-məşq toplanışında olacaq. “Qartallar” burda da 4 yoxlama oyunu keçirəcək. Qarşılaşmalar 23, 26, 30 iyul və 3 avqust tarixlərində nəzərdə tutulub. Rəqiblər məlum deyil.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO