Ölkə futbolu
“Speranta” – “Neftçi” matçının başlama saatı açıqlandı
“Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərh…
“Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı Moldovanın “Speranta” klubu ilə ilk oyununun başlama saatı açıqlanıb.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyulun 11-də Moldovanın paytaxtı Kişinyovda, “Zimbru” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Komandalar arasında cavab oyunu isə 1 həftə sonra Bakıda olacaq.
Qeyd edək ki, bu cütün qalibi 2-ci təsnifat mərhələsində Rusiyanın "Arsenal" (Tula) klubu ilə qarşılaşacaq.