Dünya futbolu
Super Liqa klubunda holland yarımmüdafiəçi
Türkiyənin “Gənclərbirliyi” klubu heyətini yeni f…
Türkiyənin “Gənclərbirliyi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, növbəti mövsümdən Super Liqada mübarizə aparacaq paytaxt təmsilçisi hollandiyalı futbolçu Mats Sentyensi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent statusunda keçib.
“NAK Breda”nın yetirməsi olan Sentyens, 2016-cı ildən “AZ Alkmaar” klubunun formasını geyinirdi. O, Hollandiya çempionatında 165 oyuna çıxıb, 15 qol vurub.
Qeyd edək ki, “Gənclərbirliyi”ndə Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmaz da forma geyinir.
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”
- Ölkə futbolu2024-05-08 15:17
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron