Ölkə futbolu
AFFA “Səbail”i dağıtmağı qərara aldı: bütün futbolçulara getməyə icazə verildi
“Səbail”də planlaşdırılan klubdaxili iclas az ön…
“Səbail”də planlaşdırılan klubdaxili iclas az öncə yekunlaşıb. Klubun taleyi gözlənilməz məcrada dəyişə bilər.
Futbolinfo.az saytına günorta saatlarında müsahibə verən baş məşqçi Aftandil Hacıyev klubda müəyyən dəyişikliklərin olmasının mümkünlüyünü diqqətə çatdırmışdı. O, futbolçulara 2 aydı maaş verilmədiyi xəbərini təsdiqləmiş, bugünkü iclasda hər şeyə aydınlıq gələcəyini bildirmişdi.
Az öncə Hacıyevlə yenidən danışdıq. O, klubun icraçı direktoru Ramin Həsənovun bütün kollektivi bir yerə topladığını və xəbərdarlıq etdiyini bildirdi: “Rəhbərlik maliyyə çatışmazlığı olduğunu, gecikmələrin il boyunca davam edə biləcəyini bildirdi. Bu səbəbdən getmək istəyən oyunçuları danışığa çağırdı. Qalmaq istəməyənlər rəhbərliklə müqavilələrin qarşılıqlı razılıqla pozulması üçün danışıq apara bilər. Şəxsən mənimlə bağlı heç nə deyilmədi. Proseslərin necə davam edəcəyini gözləyəcəyik. Hələlik başqa heç nə deyə bilmərəm”.
Əldə etdiyimiz məlumata görə, “Səbail” bu mövsüm gənclərlə oynamaq, gələn çempionatda isə çıxışını birdəfəlik dayandırmaq niyyətindədi. Nəinki legionerlər, artıq aparıcı yerli futbolçular da yeni iş yeri axtarışına başlayıb. AFFA-nın maliyyələşdirdiyi kluba belə münasibətinin özəl səbəbləri var, klubdaxili qarşıdurmaların əks-sədasıdı. Bu haqda növbəti yazımızda tezliklə oxuyacaqsız.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”