Ölkə futbolu
Dan Mori: “Favorit “Neftçi” olacaq”
“Neftçi”nin Moldova və Rusiya klubları ilə oyunl…
“Neftçi”nin Moldova və Rusiya klubları ilə oyunlarına baxmışıq və zəif cəhətlərini tapmağa çalışmışıq”.
Futbolinfo.az xəbər verir ki, bu sözlər "Bney Yehuda"nın futbolçusu Dan Moriyə məxsusdu.
31 yaşlı mərkəz müdafiəçisi bu gün keçirilən mətbuat konfransında Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri oyunu dəyərləndirib.
İsrail millisinin üzvü 10 il əvvəl bu klubun heyətində avrokuboklarda "Simurq"a qarşı çıxış etməsinə də toxunub: "Budəfəki oyun daha fərqli olacaq. 10 il əvvəl "Bney Yehuda" favorit idisə, sabah favorit "Neftçi" olacaq. Səhv etmirəmsə, "Simurq"a qarşı mərkəzi arenada oynamışdıq və tribunalar boş idi. Sabah fərqli mənzərə olacaq".
Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək oyun saat 21:00-da başlayacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub