Premyer-liqa
Ayxan Abbasov: “Azarkeşləri səbrli olmağa çağırıram”
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərb…
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 2:4 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Neftçi”ni təhlil etmişdik. Son vaxtlar yaxşı formada olduqlarını bilirdik. Ən çox da hücum xətti çox güclüdü. Onlara qarşı səhv etmək olmaz. İlk dəqiqələrdə qol vurduq, ancaq hissənin sonuna qədər hesabda geri düşdük. Diqqətsizlikdən qollar buraxdıq. Fasilədən sonra nəyisə dəyişmək istədik, ancaq yenə qapımızda toplar gördük. Qış fasiləsinə kimi belə davam edəcəyik. Çempionat ağır keçir. Növbəti oyunlara hazırlaşacağıq. Matçdan sonra azarkeşlərlə də söhbətimiz oldu. Məğlubiyyət onlara pis təsir edib. Azarkeşləri başa düşürəm və səbrli olmağa çağırıram. Çalışacağıq ki, növbəti oyunlarda onları sevindirək”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək