Bizi izləyin

Müsahibə

Namaşko hakimdən üzr istəyib: “Emosiyalara qapılmışdım”

"Keşlə"nin futbolçusu Stanislav Namaşko Azərbayca…

blank
"Keşlə"nin futbolçusu Stanislav Namaşko Azərbaycan Premyer Liqasının 14-cü turunda səfərdə "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. O, oyunun çətinliyindən danışıb, eləcə də milli komandayla bağlı düşüncələrini bölüşüb.
 
– Biz oyundan əvvəl bilirdik ki, hansı komanda ilə oynayacağıq və çətin olacaq. 1 xal qazandığımız üçün təbii ki, sevinirik. Oyuna 3 xal üçün kökləndiyimizi gizlətmirəm. Amma 1 xal da yaxşı nəticədir. Həm qalib gələ bilərdik, həm də uduza bilərdik.
 
– Bəzi aparıcı oyunçularınız matçda yox idi. Necə düşünürsünüz, onlar meydanda olsaydı, "Keşlə"  qələbə ilə ayrıla bilərdi?
– Nəsə demək çətindir. Bu gün onların əvəzinə meydana çıxan oyunçular özlərini yaxşı tərəfdən göstərdilər. 1 xal qazandığımıza görə şadıq. "Qarabağ"la qarşılaşdığımızı yaxşı başa düşürdük.
 
– İkinci qolu buraxanda etiraz edirdiniz. Hətta hakimin yanına da getdiniz. Topun qapı xəttini keçmədiyini düşünürdünüz?
– Mən hakimə etiraz etmədim. Sadəcə, həmin an əmin idim ki, top qapı xəttini keçməmişdi. Bunu hakimə bildirdim. Sonra mənə dedilər ki, top xəttini keçmişdi. Buna görə də ikinci hissə başlayanda hakimdən üzr istədim. Adətən, belə şeyləri özümə sığışdırmıram. Hakimlərə heç vaxt yaxınlaşıb, etirazımı bildirmirəm. Amma həmin vaxt emosiyalara qapılmışdım.
 
– Qarşıda "Qarabağ"la kubok oyunlarında 2 dəfə qarşılaşacaqsınız. Ümumiyyətlə, eyni rəqiblə qısa vaxt ərzində bu qədər oynamaq darıxdırıcı olmur?
– Əlbəttə, olur. Daha fərqli komandalarla qarşılaşmaq istəyərdik. Çempionat belədir ki, əlimizdə olanla kifayətlənməliyik. "Qarabağ", "Neftçi" kimi komandalarla oynamaq həm bizim, həm də gənc futbolçular üçün  motivasiyadır.
 
– "Keşlə" mövsümün ilk hissəsini 2 və ya 3-cü pillədə başa vuracaq. Bu nəticə komandanı qane edirmi?
– Çempionat bizim üçün çətindir. Çünki hələ mayın sonuna qədər çox vaxt var. Amma bizim mövsüm başlamamışdan əvvəl qarşımıza qoyulan məqsəd ilk 3-lüyə düşməkdir. Hər bir matça xal toplamaq üçün çıxırıq. Nə qədər alınacaq, bunu ancaq may ayında deyə bilərik. İndidən nə isə demək bir az çətindir. Bəlkə də yığdığımız xal bizi qane edir. Bir az çox da ola bilərdi, az da. Amma hal-hazırki mövqeyimiz bizi tamamilə qane edir. Bu gün avrokuboklara vəsiqə vermirlər. Bizə lazım olan may ayına qədər nə qədər xal toplayacağımız, çempionatı neçənci yerdə başa vuracağımızdır.
 
– Moldova yığmasında baş məşqçi dəyişikliyi olub, bu vəzifəyə türkiyəli mütəxəssis gətirilib. Yenidən milliyə qayıdışın baş tuta bilər?
– Məndə olan məlumata görə, bu gün mənim namizədləyim yoxdur. Hazırkı millidə məni nəzərə almırlar. Niyə? Bunu onlara sual versəniz, daha yaxşı olar. Hər halda, yeni baş məşqçi var, qərarları da o verir.
Reklam

Reklam


blank
Digər2024-04-26 16:50

Azərbaycan Minifutbol Federasiyasında yeni təyinat

blank
Dünya futbolu2024-04-26 16:32

“Çelsi” onları satmaq istəyir

blank
Ölkə futbolu2024-04-26 16:15

Daha 3 komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-26 16:00

Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu

blank
Dünya futbolu2024-04-26 15:42

Tuhel üçün 10 min imza

blank
Ölkə futbolu2024-04-26 15:27

Millimizin üzvü Macarıstanda bürünc medal qazandı

blank
Ölkə futbolu2024-04-26 15:09

“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”

blank
Ölkə futbolu2024-04-26 14:38

Yüksək Liqa təmsilçisi çempionatdan kənarlaşdırıldı

blank
Ölkə futbolu2024-04-26 14:19

“İnklüziv futbol turniri” keçirilib

blank
Əvəzedicilər2024-04-26 14:00

Rəqibini təhqir etmiş 3 futbolçuya 3 oyunluq cəza

blank
Ölkə futbolu2024-04-26 13:44

“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza

blank
Ölkə kuboku2024-04-26 13:30

“Qarabağ” kubok matçına görə 800 manat cərimə ödəyəcək

blank
Premyer-liqa2024-04-26 13:17

Premyer Liqanın üç klubu kənar şəxslərə görə cərimələndi

blank
Digər idman növləri2024-04-26 13:00

Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlandı

blank
Digər idman növləri2024-04-26 12:42

Formula 1 tarixinin ən böyük konstruktoru komandadan gedir

blank
Ölkə futbolu2024-04-26 12:25

Mahir Emrelidən milliyə dəstək, Hidayət Heydərova hədiyyə

blank
Müsahibə2024-04-26 12:11

Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”

blank
Dünya futbolu2024-04-26 11:54

Stadionun yanında bomba tapıldı

blank
Dünya futbolu2024-04-26 11:39

Dünyanın 10 ən yaxşı qapıçısı

blank
Ölkə futbolu2024-04-26 11:24

AFFA “Neftçi”nin istəyini rədd etdi

blank
Digər idman növləri2024-04-26 11:07

Embiidin 50 xalı Filadelfiya komandasını seriyada önə çıxartdı

blank
Digər idman növləri2024-04-26 10:50

“Real” fərqi artırdı

blank
Digər idman növləri2024-04-26 10:32

Zaqrebdə növbəti sınaqlar

blank
Ölkə futbolu2024-04-26 10:17

Samir Abasov Laporta ilə görüşdü

blank
Digər2024-04-26 10:00

MİSLİ ilə qazan!

blank
Dünya futbolu2024-04-26 09:42

Slot təsdiqlədi – “Liverpul”a getmək istəyir

blank
Digər idman növləri2024-04-26 09:25

“Ferrari” ilə HP arasındakı müqavilənin dəyəri

blank
Ölkə futbolu2024-04-26 09:08

“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”

blank
Digər idman növləri2024-04-26 08:51

Basketbolçular məktəbdə sorğu-suala tutuldu

blank
Dünya futbolu2024-04-26 08:34

Muslera milli karyerasını başa vurdu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm