Dünya futbolu
MS “Lester”ə qalib gəldi, “Arsenal” “Everton”la heç-heçəyə razılaşdı
Futbol üzrə İngiltərə Premyer Liqasında 18-ci tura start ver…
Futbol üzrə İngiltərə Premyer Liqasında 18-ci tura start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib.
Turun açılış oyununda baş məşqçi postuna Mikel Artetanı gətirən “Arsenal” “Everton”la qarşılaşıb. Bu qarşılaşmada qapılara qol vurulmayıb.
Turnir cədvəlinin 3-cü sırasında yer alan “Mançester Siti” bu turda 2-ci pillənin sahibi “Lester”i qəbul edib və qələbə qazanıb.
Bu tur keçirilməli olan “Vest Hem” – “Liverpul” matçı qonaqların Klublararası dünya çempionatında final oyunu olduğu üçün təxirə salınıb.
İngiltərə Premyer Liqası
18-ci tur
21 dekabr
Everton – Arsenal 0:0
Aston Villa – Sauthempton 1:3
Qol: Qriliş, 75 – İnqs, 21; 51. Stefens, 31.
Bornmut – Bernli 0:1
Qol: Rodriqes, 89.
Brayton – Şeffild Yunayted 0:1
Qol: Makbörni, 23.
Nyukasl – Kristal Pelas 1:0
Qol: Almiron, 83.
Norviç – Vulverhempton 1:2
Qol: Kentuell, 17 – Saiss, 60. R.Ximenes, 81.
Mançester Siti – Lester 3:1
Qol: Mahrez, 30. İ.Gündoğan, 43-pen. Q.Xesus, 69 – Vardi, 22.
22 dekabr
18:00 Uotford – Mançester Yunayted
20:30 Tottenhem – Çelsi
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-16 17:02
Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”