Ölkə futbolu
Riçard Almeyda: “Heç vaxt “Neftçi”də oynamaram”
Azərbaycan yığmasının üzvü Riçard Almeyda &ldquo…
Azərbaycan yığmasının üzvü Riçard Almeyda “Qarabağ”dan ayrılmaq barədə danışıb.
Futbolinfo.az-a açıqlama verən futbolçu klubdan cavab gözlədiyini bildirib:
“Qarabağ”la danışığımız oldu. Hər şeyi açıq-aşkar danışdıq. Mən də klubdan, Emrah Çəlikəldən cavab gözləyirəm. Nə olacaqsa, olacaq. Qarşıdakı vaxtda bunu görəcəyik. Hal-hazırda Braziliyada dincəlirəm. Mənim üçün həmişə ilk önəm verdiyim komanda “Qarabağ” olacaq. Əgər alınmayacaqsa, ayrılacağıq. Hara getsəm, baş məşqçi Qurban Qurbanova məlumat verəcəm”.
Almeyda “Neftçi”yə keçmək ehtimalından da danışıb: “Mən bunu bəyan edirəm ki, mən heç zaman “Neftçi”də oynamayacam. Çünki Azərbaycanda mənim üçün bir komanda var ki, o da “Qarabağ”dı. Bütün uğurlarım bu klubladır. Məşqçimizlə, komanda yoldaşlarımla keçmiş günlərimiz, uğurlarımız çox dəyərlidir. Azərbaycanda oynaya biləcəyim tək komanda “Qarabağ”dı”.
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-16 17:02
Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”