Premyer-liqa
Vaqif Sadıqov: AZAL 2 xal itirdi
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasın?…
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilmiş “Sumqayıt”la oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Növbəti oyunlarda mütləq qələbə qazanıb psixoloji vəziyyətimizi düzəltməliyik. Komanda əlindən gələni etdi, qələbəyə yaxın idik. Yolumuza davam edirik. Komanda üzvlərini fərqləndirmək istəmirəm. Zədəli futbolçular tədricən heyətə dönür. İlk hissədə qol epizodlarımız oldu, hər iki komanda qələbə qazanmaq istəyirdi. Komandamızın yarısı yox idi, hücumçusuz oynayırdıq. Bu gün çempionatda autsayder sayıla biləcək komanda yoxdu. “Sumqayıt” “Qəbələ”ni məğlub edib, “Neftçi” və “Xəzər Lənkəran”dan xal alıb. Bugünkü oyunda 2 xal itirdiyimizi düşünürəm. “Sumqayıt” çox yaxşı komandadı, futbolçuları bir çox məşqçilərin diqqət mərkəzindədi. Cinah oyunçularımızı, hücumçu və yarımmüdafiəçilərimizi əvəzləyə bilmərik. İqbekoyi artıq neçənci oyundu ki, hücumçu mövqeyində oynayır. Oskar Klava 4-cü sarı vərəqə almaqla “Qarabağ”la oyun öncəsi bizi pis vəziyyətə qoydu”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub