Dünya futbolu
85 saniyəyə tarixə düşdü
“Real”ın futbolçusu Rodriqo Qoes Çempionlar Liqasında ilkə imza atıb. 21 yaşlı yarımmüdafiəçi buna turnirin yarımfinal mərhələsində “Mançester Siti” ilə cavab oyununda dubl etməklə nail olub.
O, 90 və 90+1-ci dəqiqələrdə fərqlənib. Nəticədə Rodriqo ÇL-in pley-off mərhələlərində 89-cu dəqiqədən sonra 2 qol vuran ilk oyunçu olub. Braziliyalı bu uğura 85 saniyə içində nail olub.
Qeyd edək ki, “Real” yarımfinalın ilk oyununda “Mançester Siti”yə 3:4 hesabı ilə uduzmuşdu. Cavab görüşündə Rodriqonun qolları 2:1 hesablı qələbəyə səbəb oldu. Əlavə vaxtda madridlilər daha bir top vurub finala çıxmağı bacardı.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub