Ölkə futbolu
Cihan Özkara darmadağına sevindi
Futbol üzrə Türkiyə Super Liqasında 10-cu turun oyunları…
Futbol üzrə Türkiyə Super Liqasında 10-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın komandası “Sivasspor” da növbəti matçına çıxıb.
Futbolçumuzun komandası səfərdə "Qaziantepspor"la üz-üzə gəlib. Görüş qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb.
Cihanın bu oyunun iştirakçısı olub-olmayacağı maraqla gözlənilirdi. Baş məşqçi Roberto Karlos onun adını matçın iştirak ərizəsinə daxil etsə də, meydana buraxmayıb.
Qeyd edək ki, “Sivasspor” geridə qalan turlarda 19 xal toplayıb və hazırda 3-cü sıradadı.
Türkiyə Super Liqası
10-cu tur
4 noyabr
Qaziantepspor – Sivasspor – 0:4