Dünya futbolu
Fatih Terim "Milan"a dönür?
Futbol üzrə Türkiyə milli komandasının baş məşq&ccedi…
Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim əvvəllər də çalışdırdığı İtaliyanın "Milan" klubuna geri dönə bilər. Futbolinfo.az xəbər verir ki , İtaliya mətubuatı klub rəhbərliyinin son 4 ildi "Milan"ın başında olan və elə də böyük uğura imza atmayan Massimiliano Alleqridən vaz keçmək fikrində olduğunu iddia edir.
Mətbuatda çıxan xəbərlərə görə Alleqrinin yerinə hazırda Türkiyə millisini çalışdıran Fatih Terim ən real namizəddi.
Xatırladaq ki, 2001-ci ildə "Milan"ın "sükan"ı arxasında 13 oyun keçirən Terim 8 qələbə qazanıb, 3 heç-heçə etməsinə rəğmən, 2 məğlubiyyət alaraq klubdan uzaqlaşdırılmışdı.