Premyer-liqa
Kalonas yerli futbolçuların məngənəsində
“Simurq”la son oyunda “Bakı”nın mövs&uu…
“Simurq”la son oyunda “Bakı”nın mövsümlərarası dövrdə ən uğurlu transferi olan Mindauqas Kalonas ehtiyatda qalmışdı. “Rəvan”dan alınan yarımmüdafiəçi yalnız Aleksandr Soliçin məcburi əvəzlənməsi üzündən 10- cu dəqiqədə oyuna qoşuldu. Ancaq az qala “zolaqlılar”ın lideri olan futbolçunun niyə bu aqibətlə üzləşməsi maraq doğurmaya bilməzdi.
Bizdə olan bilgiyə förə, bu, tesadufi deyilmiş. Sən demə, Kalonasla komandanın “Qarabag”dan transfer olunmuş iki uzvu – vitse-kapitan Rauf Əliyev və Əfran İsmayılov arasında ciddi problem var. Son vaxtlar məhsuldar cıxış edən millimizin üzvləri özünü ulduz kimi aparır və komandada ağsaqqallıq edirlər. Səviyyəli yerli futbolçu kasadlığı üzündən baş məsqçi Milinko Pantiç də onların nazı ilə oynamağa məcburdu və bu üzdən hücum xəttində onlarla ulduzu barışmayan Kalonası yanaşı oynatmağı məqsədəuyğun saymır. İş o yerə çatıb ki, Kalonas artıq açıq-aşkar vəziyyətdən narazıdı və artiq qışda komandasını dəyişmək istəyir.
Məsələyə futbolçuların da münasibətini öyrənmək istədik. Raufu gün ərzində tapa bilmədik, amma hər zaman ona tribuna verməyə hazırıq. Əfran “Doğru deyil, dəliyik klub daxilində qruplaşma yaradaq?” deməklə kifayətləndi, Kalonas isə bir qədər üsrüörtülü danışsa da, səs tonundan yalan dediyi hiss olunsa da, xəbəri təkzib etdi: “Komanda yoldaşlarımla münasibərim normaldı və bu, klubdaxili problemdi. Deməzdim ki, yola getmirik. Əgər onlar həqiqətən də məşqçiyə şərt qoyublarsa, zəng edib Pantiçdən bunun səbəbini soruşun. Amma ehtiyatda qalmağıma heç bir səbəb yox idi. Mən formadayam, zədəm də yoxdu. Bu hal təkrar olacağı təqdirdə, baş məşqçiyə yaxınlaşacam. Hələ heç nə soruşmamışam”.
Yeri gəlmişkən, əldə etdiyimiz daha bir məlumata görə, Kalonasın müqaviləsində xüsusi bənd var. Belə ki, o, mövsüm ərzində 10 qoldan çox vuracağı təqdirdə əlavə olaraq böyük məbləğdə mükafat almalıdı. Mindauqas start oyunlarında 4 qol vurduqdan sonra fərqlənə bilmir. Yuxarıda adı çəkilən cütlüyün onu qısqanmasının bir nümunəsi də elə bu faktda gizlənir. Belə ki, komandanın penalti zərbələrini yerinə yetirmək məsuliyyətini həmişə Əfran boynuna götürür və o, artıq bunun sayəsində bombardirlər yarışında Kalonası ötüb. Halbuki normalda penaltini ən məhsuldar futbolçular yerinə yetirir. Ancaq deyəsən, legionerin rəqibləri onun mükafat almasına mane olmaq istəyir. Kalonası dinləyək: “Bu informasiyanı sizə kim ötürüb – bilmirəm. Mən təkzib etmirəm. Amma nəsə deməyəcəm. Bunu sizə deyən adamdan soruşun”.
KƏMALƏ İSMAYILOVA
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”