Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Neftçi"nın qonağı olan "Bakı" rəqib meydanından 1:2 hesablı məğlubiyyətlə ayrıldı. Oyundan sonra “Bakı”nın futbolçusu Yure Travner futbolinfo.az saytına açıqlamasında məğlubiyyətə belə şərh verib:
“Neftçi” ilə oyunumuz ağır oldu. Bu nəticədə də özünü göstərdi. Son çempiona qarşı oyun belə olardı. Nəzərinizə çatdırım ki, “Neftçi” həm də hazırda turnir cədvəlində liderlərdəndi. Belə olacağını gözləmək olardı. Mübarizə apardıq. Baxmayaraq ki, rəqib 10 nəfərlə qalmışdı, bundan istifadə edə bilmədik. Bu oyundan ən azı heç-heçə ilə ayrıla bilərdik. Ancaq “Neftçi” bizi əks hücumda yaxaladı və qələbə qolunu vurdu. Heyfslənirəm. 10 nəfərlə qalan komandanı məğlub edə bilmədik”.
Legioner futbolçu “Bakı”nın hazırkı durumu ilə də bağlı fikirlərini açıqlayıb: “Hazırda “Bakı”da hər şey normaldı. Komandaya yeni baş məşqçi gətirilib. Fərqli ab-hava var. Düzdü, bəzi oyunlarda heç nədən xal itiririk. Ancaq düşünürəm ki, get-gedə bu problemlər də aradan qalxacaq”.





