“Fənərbaxça”nın üzvü Kristian Baroni “Qalatasaray”la baş tutan görüşdən yaşanan forma qalmaqalı ilə bağlı açıqlama verib. Qeyd edək ki, derbidən sonra Baroni rəqibin oyunuçusu ilə formasını dəyişmiş, daha sonra formanı şortuna salmışdı. Futbolinfo.az xəbər verir ki, futbolçu etdiyi hərəkətin yanlış anlaşıldığını bildirib:
 
“Görüşün sonunda rəqib komandanın formasını belimə asdığım üçün yenə haqsız tənqidlərə məruz qalıram. Oyun qurtaran zaman Melo məni təbrik etdi. Mən də onu təsəlli etdim. Sonra da formamızı dəyişdirdik. “Qalatasaray” formasını şortuma saldığım üçün ağır tənqidlər edildiyimi öyrəndim. Bu tənqidləri edənlər bilsinlər ki, dünyanın hər ölkəsində, matçlardan sonra forma dəyişdirən futbolçular aldıqları formaları bellərinə asırlar. Çünki hər kəsin bildiyi kimi şortun cibi yoxdur. Bu hərəkət əsla rəqib komandaya hörmətsizlik olaraq başa düşülməməlidir. Yenə də yanlış anlaşılmaya səbəb oldumsa, üzr istəyirəm”.
 
Qeyd edək ki, Baroninin bu hərəkəti "Cim-Bom" azarkeşlərinin ciddi etirazına səbəb olmuşdu.
Shares: