Sabah Ukarynanın Simferopol şəhərində həvəskarlar arasında futbol üzrə beynəlxalq turnirə start veriləcək. Futbolinfo.az xəbər verir ki, bu turnirdə Azərbaycanı 15-ci ölkə birinciliyinin qalibi olmuş Mingəçevirin "MTK Ulduz" komandası təmsil edəcək.
Turnirdə "MTK Ulduz" ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Estoniya, Ukrayna, Rusiya, Özbəkistan və Krım vilayətinin komandaları da iştirak edəcək. Azərbaycanı təmsil edən "MTK Ulduz"un qrupdakı rəqibləri isə Estoniya, Rusiya və Ukrayna komandalarıdı.
Turnirdə iştirak etmək üçün dünən Ukraynaya yola düşən "MTK Ulduz" komandası maddi sıxıntılar ucbatından bir sıra çətinliklərlə üzləşib. Mingəçevirdən Gürcüstanın Tiflis şəhərinə, oradan da Ukraynaya yola düşməyi planlaşdıran komanda Tiflis hava limanına tez çatıb. Uçuşun vaxtına saatlar qaldığına görə futbolçular yuxusuzluqdan hava limanının döşəmələrində yatmağa məcbur olublar.





