FİFA “Real”a (Madrid) təzminat ödəcəyək. Səbəbkar isə Sami Hediradı. Belə ki, yarımmüdafiəçinin millinin düşərgəsində zədələnməsi klub rəhbərliyini hövsələdən çıxarıb.
Futbolinfo.az xəbər verir ki, FİFA-nın təşkilatçılığı ilə baş tutan İtaliya – Almaniya qarşılaşması Hedira üçün çox ağır nəticələnmişdi. Belə ki, qonaq komandanın üzvü 67-ci dəqiqədə ağır xəsarət alaraq meydanı tərk etmiş, müayinələrdən sonra isə onun 6 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanmışdı. Böyük ehtimalla Hedira cari mövsüm “Real”ın heyətində oyuna çıxa bilməyəcək. Odur ki, “Real” bu müddət ərzində Saminin maaşı və dəyən ziyanın FİFA tərəfindən ödənilməsini tələb edib.
Qurum da öz növbəsində məsuliyyətdən qaçmayıb. Odur ki, FİFA "Kral klubu"na 2,5 milyon avro təzminat ödəyəcək.






