Milli komandalar arasında növbəti yoldaşlıq oyunları baş tutub. Futbolinfo.az xəbər verir ki, dünya arenalarında bir neçə maraqlı qarşılaşma baş tutub.
Azərbaycan yığmasının Qırğızıstanın qonağı olduğu gündə Türkiyə millisi Belarusu qəbul edib. 4 gün əvvəl Adanada Şimali İrlandiyanı 1:0 hesabı ilə yenən Fatih Terimin yetirmələri bu dəfə də qələbəyə sevinib.
Günün digər maraqlı görüşlərindən biri İngiltərə ilə Almaniya arasında baş tutub. Londondakı görüşü almanlar qazanıblar. Rusiya Cənubi Koreya üzərində qələbə qazanıb. Səfərdə CAR-ın qonağı olan son dünya və Avropa çempionu İspaniya minimal hesabla məğlub olub.
Yoldaşlıq oyunları
19 noyabr
Avstraliya – Kosta Rika – 1:0
Qırğızıstan – Azərbaycan – 0:0
Hindistan – Nepal – 2:0
Rusiya – Cənubi Koreya – 2:1
Sloveniya – Kanada – 1:0
Lixtenşteyn – Estoniya – 0:2
Malta – Farer adaları – 3:2
Nambiya – Mozambik 0:0
Norveç – Şotlandiya – 0:1
Türkiyə – Belarus – 2:1
Cəbəllütariq – Slovakiya – 0:0
CAR – İspaniya – 1:0
Hollandiya – Kolumbiya – 0:0
Avstriya – ABŞ – 1:0
Polşa – İrlandiya – 0:0
Belçika – Yaponiya – 2:3
İngiltərə – Almaniya – 0:1





