Beynəlxalq yoldaşlıq görüşü çərçivəsində keçirilən CAR – İspaniya (1:0) matçının nəticəsi FİFA tərəfindən ləğv edilib. Futbolinfo.az xəbər verir ki, buna səbəb İspaniya millisinin matçda 7 dəfə oyunçu dəyişdirməsi olub.
Belə ki, görüşün 81-ci dəqiqəsində meydana 46-cı dəqiqədə daxil olmuş Viktor Valdes zədələnib və baş məşqçi Visente del Boske məcburi dəyişikliyə əl atmalı olub. Amma bu ana qədər komanda bütün dəyişiklik hüquqlarından istifadə etdiyindən ispanlar görüşün baş hakimi və rəqib komandanın razılığını alıb. Nəticədə Pepe Reyna Valdesi əvəzləyib.
FİFA-nın qaydalarına əsasən yoldaşlıq görüşlərində maksimum 6 oyunçu dəyişikliyi edilə bilər. Buna görə də FİFA oyunun nəticəsini ləğv edib.





