İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Xuan Mata yanvarda heyəti tərk etməyə hazırlaşır. Futbolinfo.az xəbər verir ki, ispaniyalı icarə əsasında olsa belə, “Stemford Bric”dən ayrılmaq fikrindədi.
Çünki o, Joze Mourinyonun gəlişindən sonra əsas heyətdə forma şansı tapamaqda çətinlik çəkir. Matanı icarəyə götürmək fikrinə isə "Yuventus" və "Atletiko" (Madrid) klubları müsbət yanaşır.
Qeyd edək ki, Xuan bu yolla həm də DÇ-2014-ə gedəcək İspaniya millisindəki yerini qorumaq istəyir. Bu səbəbdən də oyunçu yaxın günlərdə rəhbərliklə söhbət edəcək.





