Qışda “Qalatasaray”dan göndəriləcəyinə qəti gözlə baxılan Albert Riyera transferi barədə danışıb. Futbolinfo.az xəbər verir ki, ispan futbolçu "Qalatasaray"ın "Sivasspor"u məğlub (2:1) etdiyi matçdan sonra Belçikanın "Anderlext" klubuna transfer olunacağı barədə yayılan iddialara cavab verib:
“Heç bir təklif almamışam. Yazılanlar doğru deyil. Hazırda mənə "Anderlext"dən hansısa bir təklif gəlməyib".
Qeyd edək ki, “Qalatasaray” legioner limiti qaydasına əsasən, heyətdəki əcnəbilərin sayını azaltmaq məqsədilə Alberti satmağı planlaşdırır.





