İtaliya A Seriyasına yaxşı başlaya bilməyən "Milan" bu uğursuzluğuna komandaya yeni transferlər etməklə son qoymağa hazırlaşır ki, bunlardan biri də Madrid "Atletiko"sunda forma geyən Kokedi. Futbolinfo.az xəbər verir ki, "rossonyerlər” yarımmüdafiəçiyə illik 4 milyon avro təklif göndərməyi planlaşdırır.
İtaliya təmsilçisinin yeganə problemi Kokenin təzminat qiymətinin 35 milyon avro olmasıdı. Klub məbləğin bir qədər azaldılması üçün "Atletiko" ilə danışıqlara başlayacaq.





