Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qərara əsasən Topaz Premyer Liqasının 14-cü turunda baş tutan "İnter" – "Neftçi" oyununun 63-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Flavinyo aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2, qarşılaşma  başa çatdıqdan sonra “İnter”in futbolçusu Meza Kolli Derlisə qarşı aqressiv hərəkətinə görə Denis Silva Kruz 3 oyunluq cəzalanıb.
 
Belədə hətta Flavinyoya verilmiş qırmızı vərəqənin ləğvi arzusunda olan "Neftçi"nin bu məsələyə münasibəti maraqlıdı. Paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə futbolinfo.az saytına açıqlamasında bunları deyib:
 
“İntizam Komitəsinin verdiyi qərarla hüç cür razılaşmırıq. Dünən "Space" TV-də efirə gedən "Qol" verlişində AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da qeyd etdi ki, Rəhim Həsənov "İnter"in 88 nömrəli futbolçusu Meza Kolli Derlisə 2 epizodda sarı vərəqə verməliydi. "İnter" – "Neftçi" qarşılaşmasını idarə edən Həsənov həmin oyunda istədiyini etdi. Rəhim Həsənovun məqsədi, niyyəti ortada idi. Bunu hamı gördü. Xalqın gözü tərəzidi. Bu qərarla bağlı Apellyasiya Komitəsinə müraciət edəcəyik”.
Shares: