İngiltərənin "Tottenhem" klubunun futbolçuları baş məşqçi Vilaş Boaşdan narazıdılar. Futbolinfo.az xəbər verir ki, komanda üzvləri hətta rəhbərliyə müraciət edərək portuqaliyalı mütəxəssisdən narazı olduqlarını bildiriblər.
Premyer Liqanın 12-ci turunda "Mançester Siti"yə məğlub olandan (0:6) sonra Villaş Boaş "futbolçular utanmalıdılar" ifadəsini işləmişdi. Bundan əlavə, portuqaliyalı mütəxəssis Erik Lamela, Roberto Soldado ilə yeni müqavilə imzalanmasına qarşı çıxmışdı.





