"Real"ın (Madrid) hücumçusu Kriştianu Ronaldo İspaniyada ilin futbolçusu seçilib. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı futbolçu bu yarışda "Barselona"nın iki oyunçusu – Lionel Messi və Andres İniyestanı qabaqlayıb.
Ümumilikdə 32 xal toplayan Ronaldo səsvermədə Messi (26) və İniyestanı (11) geridə qoyub. "Atletiko" (Madrid) klubunun sabiq hücumçusu Radamel Falkao 3, "Barselona"nın qapıçısı Viktor Valdes və "Real"ın yarımmüdafiəçisi Anhel Di Mariya isə 2 xal toplayıb.
Qeyd edək ki, sonuncu pillədə 1 xalla "Atletiko"nun hücumçusu Dieqo Kosta qərarlaşıb.





