İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Joze Mourinyo yeni saç modeli ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı bununla bağlı jurnalistlərlə zarafat da edib.
Çempionlar Liqasında “Bazel”lə matçdan əvvəl mətbuat konfransı keçirən Mou yeni qısa saç modeli haqda bunları deyib: "Bərbər pulu verməmək üçün saçlarımı kəsməyə qərar verdim. Fernando Torresdən saç maşınını istədim və aynanın qarşısına keçib saçımı kəsdim. İki aya yenidən uzanacaq. Öz özünün bərbəri olmaq cəsarət tələb edir”.





