"Xəzər Lənkəran"ı AZAL-la oyuna kimin çıxaracağı müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, komandaya yeni baş məşqçi təyin olunması gözlənilən Mustafa Dənizli Topaz Premyer Liqasının 15-ci turunda komandanın başında olmayacaq.
Bu üzdən "ağ-yaşıllar" sözügedən matça Emin Quliyev çıxaracaq. Dənizli isə 16-cı turda "Xəzər Lənkəran"a başçılıq edəcək və bununla da Premyer Liqada ilk matçını keçirəcək.





