"Çelsi"nin baş məşqçisi Joze Mourinyo həmyerlisni yanına gətirmək istəyir. Futbolinfo.az xəbər verir ki, portuqal mütəxəssis “Real”da birlikdə işlədiyi Fabio Koentraoya yenidən baş məşqçilik etmək istəyir.
 
Mourinyo bununla bağlı olaraq artıq rəhbərliyə müraciət edib.
 
Eşli Koulun zədələnməsinin ardından sol cinahda oynatmağa futbolçusu qalmayan Mou həm də sonuncunun yaşlandığını nəzərə alaraq belə bir addım atmaq fikrindədi.
“Zadəganlar” ilk olaraq Fabionu icarəyə götürüb oyununa baxmaq istəyir.
 
Bu mövsüm Madrid klubunda oyunlarda az iştirak edən Koentraonun komandadan ayrılmasına baş məşqçi Karlo Ançelottinin razılıq verəcəyi gözlənilir.
Shares: