Futbol üzrə Türkiyə Super Liqasında 8-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın komandası “Sivasspor” da bu gün növbəti matçına çıxıb.
 
Futbolçumuzun komandası səfərdə “Trabzonspor” ilə üz-üzə gəlib. Qarşılaşmada hesab açılmayıb.
 
Cihanın bu oyunun iştirakçısı olub-olmayacağı maraqla gözlənilirdi. Özkara bu matçın iştirak ərizəsində yer almayıb.
 
Qeyd edək ki, “Sivasspor” geridə qalan turlarda 13 xal toplayıb və hazırda 8-ci sıradadı.
 
Türkiyə Super Liqası
8-ci tur
20 oktyabr
 
Trabzonspor – Sivasspor – 0:0
Shares: