Okenanın o tayında keçirilən ən nüfuzlu turnirlərdən olan Sudamerikano kubokunda ikinci finalçı müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, həlledici görüşdə “Ponte Preta”nın rəqibi Argentina təmsilçisi “Lanus” olacaq.
İlk görüşdə “Libertad”ı səfərdə məğlub edən “Lanus” əvvəlcədən cütün favoriti sayılırdı. Argentina klubu cavab qarşılaşmasında da ümidləri doğruldub. Hər iki oyunda rəqibini 2:1 hesabıyla məğlub edən argentinalılar finala vəsiqə qazanıblar.
Qeyd edək ki, ilk final oyunu dekabrın 4-də, cavab matçı isə bundan bir həftə sonra keçiriləcək.





