Hərbi xidmətə yollanmış “Xəzər Lənkəran”ın iki gənc futbolçusu Tərlan Qasımzadə və Kamran Abdullazadə komandaya qayıtmağa hazırlaşır. Futbolinfo.az xəbər verir ki, bu iki oyunçunun aşağı yaş qruplarından ibarət yığmalara da çağırılması nəzərə alınıb.
 
Bu üzdən də onlar hərbi xidməti MOİK-də keçməli olacaqlar. Amma Tərlanla Kamran "hərbçilər"in heyətində çıxış etməyəcək. Belə ki, "Xəzər Lənkəran" öz oyunçularını bu klubdan icarəyə götürəcək. Yaxın günlərdə bu prosesin tam rəsmiləşməsi və dekabrın 4-də onların cənub klubunun düşərgəsinə qoşulması gözlənilir.
Shares: