Hvan Ui-jo Cənubi Koreya millisindən uzaqlaşdırılıb. Buna onun çəkdiyi video səbəb olub.
Futbolinfo.az xəbər verir ki, İngiltərədə “Norviç”in şərəfini qoruyan mərkəz hücumçusu keçmiş qız dostunun seks videosunu çəkərək paylaşıb. O, icazəsiz çəkiliş etməklə ölkə qanunlarını pozub.
31 yaşlı hücumçunun bu hərəkətinə görə başqa cəzalar da alacağı gözlənilir. Olaydan zərər çəkən şəxsin şikayəti və araşdırmanın nəticəsi prosesdə həlledici olacaq. Futbolçunun Cənubi Koreya millisinə dönüş vaxtı da cəzası bilindikdən sonra dəqiqləşəcək.