Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilən “Bakı” – AZAL oyunundan sonra qonaqların futbolçusu Branislav Arsenyeviç fikirlərini bölüşüb. Futbolinfo.az saytına açıqlamasında legioner futbolçu heç-heçənin (2:2) qənaətbəxş nəticə olduğunu bildirib:
 
“Maraqlı oyun oldu. Rəqib 2:0 hesabı ilə üstün olsa da, komandamız cavab qolları vuraraq hesabı bərabərləşdirə bildi. Qalib də gələ bilərdik. Ancaq rəqib meydanında bu nəticə də pis deyil. Xal xaldı”.
Shares: