"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Gürcüstan mətbuatına müsahibə verib. Futbolinfo.az həmin müsahibənin bəzi maraqlı hissələrini sizə təqdim edir.
 
– Artıq 5 ildi ki, "İnter"ə başçılıq edirsiz. Azərbaycan çempionatını bizimkindən fərqləndirən nədi?
– Orada son dövrlər futbol məktəblərinə üstünlük verirlər. Ölkənin güclü futbol infrastrukturu var. Komandalar yaxşı bazalara malikdilər. Azərbaycan futboluna xərclənən sərmayənin 30 faizi Gürcüstanda xərclənsə, bizim futbol da inkişaf edər.
 
– Cari mövsümün əvvəlində komandanızın üzvlərini çox tənqid edirdilər…
– Bəli, ən çox da Aleksandr İaşvili və Laşa Salakvadzeni. Çünki yaşları çoxdu. Onlara artıq təqaüdçü kimi baxırdılar. Amma hər ikisi yüksək vəsiyyəli futbolçu olduğunu sübut etdi. Fikrimcə, İaşvili Azərbaycana gəlmiş ən səviyyəli legionerdi.
 
– Bildiyimizə görə, "İnter"in mövsümə çox pis başlaması səbəbindən hətta istefa vermək istəyirdiz…
– Bəli, çempionatın əvvəlində 6 oyundan 5-də xal itirmişdik. Mən özümə inamı itirmişdim. Bu isə baş məşqçi üçün ən pis haldı. İki dəfə istefa ərizəsi yazsam da, sponsorlar qəbul etmədi.
 
– Premyer Liqanın son turunda oğlunuz ciddi zədə alıb…
– Oyunçu heç vaxt rəqibi bilərəkdən vurmalı deyil. Bunu Baçana oğlum olduğu üçün demirəm. "Bakı"nın müdafiəçisi onun sifətinə çox güclü zərbə endirdi. Çox güman ki o yanvar ayına qədər oynamayacaq. Onun beyni sirkələnib və çənə nahiyyəsində sınıq aşkar olunub.
Shares: