Super Kubok matçına az vaxt qalıb. Futbolinfo.az xəbər verir ki, "Xəzər Lənkəran" və "Neftçi" arasında keçiriləcək qarşılaşmaya Rəhim Həsənov təyin edilib.
Rəsmi olaraq təyinatı açıqlanmayan FİFA referisi hər iki komanda üçün uğursuz sayılır. Belə ki, Topaz Premyer Liqasının 2013/14 mövsümü start götürəndən Həsənov bir dəfə "Xəzər Lənkəran", iki dəfə isə "Neftçi"nin oyununu idarə edib.
Avqustun 18-də "Bakcell Arena"da adı çəkilən hakimin idarə etdiyi "Qarabağ" – "Xəzər Lənkəran" oyunu qonaqlar üçün uğursuz olub – 0:2. "Neftçi" iki dəfə ("Bakı" – 3:0 və "Qarabağ" – 0:0) Həsənovun fiti ilə oyuna başlayıb və heç birində qələbə qazana bilməyib.
Naxçıvanda Həsənovun fitinin kimə düşərli olacağı isə maraqla gözlənilir.





