Son dövrlər “Qarabağ”da ehtiyatda qalan Miro Varvodiç həm buna, həm də Ağdam klubunun yeni qapıçı (İbrahim Şehiç) almasına münasibət bildirib. Futbolinfo.az saytına açıqlamasında o, bunları söyləyib:
“Yeni gələn qapıçı haqda heç nə bilmirəm. O da mənim kimi əsas heyətə düşmək istəyir. Həm Fərhada, həm də Şehiçə hörmətim var. Kim deyir ki mən müqaviləm bitəndə komandadan gedəcəm? Düzü, özüm bu barədə heç nə bilmirəm. Xəbərim yoxdu. O ki qaldı son oyunlar ehtiyatda qalmağıma, bu sualı baş məşqçiyə versəz daha yaxşı olar. Fikrimcə, mən formadayam. Oynamaga da layiqəm. "Qarabağ"dan getsəm, Azərbaycanda qalıb-qalmayacağımı bilmirəm. Amma hər şey mümkündü”.





